Gəncədə süpürgəçini maşın vurub öldürüb

Qəzalar 6 Fevral 2020 00:15
Gəncədə süpürgəçini maşın vurub öldürüb
WhatsApp kanalımıza abunə olun
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “Passat Tuareg” markalı minik maşını yolu süpürən Məmmədova Elminaz Yusif qızını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Hazırda piyadanın  kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1143
ŞƏRH YAZ
Ad

E-mail

Şərh