Gəncədə yük maşını piyadanı vurub ÖLDÜRDÜ

Qəzalar 16 Yanvar 2023 12:49
Gəncədə yük maşını piyadanı vurub ÖLDÜRDÜ
WhatsApp kanalımıza abunə olun

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "KamAZ" markalı yük maşını yolu qarşı tərəfə keçmək istəyən 1980-ci il təvəlüdlü Mahir Yusubovu vurub.

Piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Mənzil-Kommunal Təsərrüfatı Birlyinin əməkdaşı olub.

Oxunub : 822
ŞƏRH YAZ
Ad

E-mail

Şərh