Goranboyda baş verən qəzada 2 nəfər xəsarət alıb - FOTO

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini, 1949-cu il təvəllüdlü Yaşar Musayev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişinlər - Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Bağırova Esmira Maarif qızı və Şəmkir sakini, 1956-cı il təvəllüdlü Həsənova Qənirə Mahmud qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün gözünə qarşıdan gələn avtomobilin işığının düşməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















