Goranboyda baş vermiş qəza ilə bağlı yeni AÇIQLAMA – YENİLƏNİB

Goranboyda baş verən yol nəqliyyat hadisəsində xəsarət alanlar “Azərşəkər”in əməkdaşları deyil.
Bu barədə Avtosfer.Az-a qurumdan məlumat verilib.
“Qəzada yaralanan bir nəfər fərdi sahibkardır. Müqavilə şəklində bölgədə yerləşən şirkətlərlə əməkdaşlıq edir”, - deyə “Azərşəkər” MMC-dən bildirilib.
10:00
Goranboyda mikroavtobusun aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, fəhlələri daşıyan mikroavtobusun Qaramusalı kəndində aşması nəticəsində xəsarət alanların 15-nin vəziyyəti kafi və orta-ağır, digər 9 nəfərin vəziyyəti isə qənaətbəxş və normal hesab olunur.
Qəza zamanı 2005-ci il təvəllüdlü S.Əhmədov, 2004-cü il təvəllüdlü M.Həsənli, 2009-cu il təvəllüdlü A.Bayramova, 1963-cü il təvəllüdlü Q.Nəbiyeva, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 2007-ci il təvəllüdlü A.Bayramova, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 1978-ci il təvəllüdlü İ.Tağıyeva, 1983-cü il təvəllüdlü G.Hacıyeva, 1987-ci il təvəllüdlü T.Allahverdiyev, 1971-ci il təvəllüdlü R.Mahmudova, 1966-cı il təvəllüdlü N Muradova, 1986-cı il təvəllüdlü G.Zeynalova, 1974-cü il təvəllüdlü G.Baxışova, 1975-ci il təvəllüdlü Z.Mahmudova, 1976-cı il təvəllüdlü V.Qarayeva, 1973-cü il təvəllüdlü A.Zeynalova, 1967-ci il təvəllüdlü İ.Şükürova, 1998-ci il təvəllüdlü M.Baxışova, 1970-ci il təvəllüdlü İ.Nuruyev, 1987-ci il təvəllüdlü G.Quliyeva, 1991-ci il təvəllüdlü E.Tağıyev, 2001-ci il təvəllüdlü S.Həsənzadə və E.Qarayeva xəsarət alıblar.
Qeyd edək ki, xəsarət alanların bəzilərinin üzərinə qaynar su dağılıb və yanıq xəsarətləri alıblar. Onlardan E.Qarayevanın vəziyyəti ağırdır, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
08:25
Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb, çox sayda xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qaramusalı kəndində qeydə alınıb.
Fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşması nəticəsində 15 nəfər müxtəlif xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB












