Goranboyda minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var - FOTO

Goranboyda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə hadisə rayonun Ağcakənd qəsəbəsində qeydə alınıb. Belə ki, “OPEL” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb və evin həyətinə düşüb. Qəza zamanı Xocalı şəhər sakini 1986-cı il təvəllüdlü Ramal Mehdiyev və sərnişin Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Pərviz Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
09.06.2025-ci il tarixində saat 19:40 radələrində Goranboy rayonunun Ağcakənd qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1986 və 1997-ci il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bunu TƏBİB-in mətbuat xidmətindən bildiriblər. Onlara açıq kəllə beyin travması və təpə nahiyəsinin çapılmış yarası diaqnozu təyin edilib. Pasiyentlərdən biri zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Digəri özəl tibb müəssisələrindən birinə təxliyə edilib.

Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB
Türkiyədə azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO - VİDEO
Tormozu tutmayan “KamAZ” dərəyə aşdı - VİDEO
Bərdədə avtomobil eşşək arabası ilə toqquşdu - ÖLƏN VAR
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA: "Chevrolet" "KamAZ"a çırpıldı - Ölən var - FOTO - VİDEO
Ağcabədidə qəzada ölən qardaşların FOTOsu
Helikopter qəzaya uğrayıb: ÖLƏNLƏR VAR - Bu ölkədə
Naxçıvanda maşın aşdı - ÖLƏN var - FOTO











