YPX əməkdaşları halı pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO

Bakı-Qazax avtomagistralı üzərində yerləşən stasionar postda xidmət aparan YPX Alayının əməkdaşları posta yaxınlaşan yük avtomobilinin asta sürətlə və ziqzaqvarı hərəkətini müşahidə edib. Avtomobil nəzarətə götürülərək saxlanılıb.
Avtosfer.az xəbər verir ki, sükan arxasında olan əcnəbi sürücü ilkin ifadəsində səhhəti kəskin pisləşdiyi üçün yıxıldığını və halsızlıqdan avtomobili idarə etmək iqtidarında olmadığını bildirib.
Dərhal sürücüyə ilkin tibbi yardım göstərilib və əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Səhhəti normallaşan sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar oxşar hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












