Göyçayda 4 maşın toqquşdu, 2 nəfər...

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Hadisə ötən gün saat 23:00 radələrində Göyçay-Qarabaqqal-Bığır yolunun Hacalıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki "VAZ 21015", "VAZ 2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində "VAZ 21015" markalı avtomobillərindən birinin sürücüsü, 1984-cü il təvəllüdlü Alməmmədov Kamil Əziz oğlu və sərnişini, 1968-ci il təvəllüdlü Xəlilova Ərzi İsrafil qızı xəsarət alıb.
Qəza nəticəsində yolda nəqliyyatın hərəkəti yarım saat ərzində dayanıb, böyük məsafədə tıxac yaranıb.
DYP əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib.
Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












