Göyçayda avtomobil piyadanı vurdu: Vəziyyəti orta-ağırdı – VİDEO

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, rayon sakini Mircavad Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada, 1989-cu il təvəllüdlü Natavan Xəlilovanı vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, 25.02.2025-ci il saat 15:00 radələrində Göyçay rayonu ərazisində baş verən piyada vurulması hadisəsi nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Göyçay rayon sakini (qadın cinsli) sağ qamış sümüyünün kondilusunun yerdəyişmiş sınığı diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO
100 nömrəli avtobus yolayrıcında qəza TÖRƏTDİ - VİDEO
“20 Yanvar”da qəza - Motosikletçi öldü - FOTO
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Siyəzəndə maşın "KamAZ"la toqquşdu - Ölən var












