Göyçayda iki avtomobil toqquşub, ölən və yaralılar var - FOTO

Göyçay rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub. "VAZ 21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarətlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri - "VAZ 21011"-in sürücüsü, Kürdəmiş kənd sakini, 1952-ci il təvəllüdlü Babayev Ələkbər Tapdıq oğlu xəstəxanada dünyasını dəyişib, digər avtomobilin sürücüsü və sərnişinləri - Kürdəmiş kənd sakinləri, 1981-ci il təvəllüdlü Allahverdiyev Aqşin Firudin oğlu, 1999-cu il təvəllüdlü Qasımov Elton Qasım oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Ramiz Elçin oğlunun vəziyyəti ağır olaraq qalır.
***
Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb.Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanada ölüb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Bakıda qəza hərəkəti iflic etdi - VİDEO
Avtomobil qəzaya uğradı: ÖLƏN VAR - Bu ölkədə
Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi












