Göyçayda polislər qəzaya düşdü - biri öldü - FOTO - YENİLƏNİB

Göyçay rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan açıqlama verilib.
Qrupun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu gün axşam saatlarında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Məzahir Mirzəliyev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb və aşıb.
Nəticədə avtomobildə olan sərnişin polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Sürücü Məzahir Mirzəliyev isə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Yol-nəqliyyat hadisəsi polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.
Faktla bağlı araşdırma aparılır.
XXX
Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini Məzahir Mustafayev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü Məzahir Mustafayev xəsarət aldığı üçün xəstəxanaya aparılıb, onun sərnişini Murad Babayev hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, ölən və xəsarət alan hər iki şəxs Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO














