Göygöldə 36 yaşlı piyadanın ölümünə səbəb olmuş sürücü tutuldu

Göygöl rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxs tutularaq istintaqa cəlb edilib.
Avtosfer.az xəbər verir ki, Göygöl Rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 18-də saat 23 radələrində rayonun Balçılı kəndi ərazisində yolu keçmək istəyən piyada - Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Fizuli Əsgərovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Göygöl rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin “VAZ 2106” markalı, 25-BJ-692 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü Emin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakıda qəza hərəkəti iflic etdi - VİDEO
Avtomobil qəzaya uğradı: ÖLƏN VAR - Bu ölkədə
Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi











