Göygöldə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.
Avtosfer.az-ın "Report"un Qərb Mərkəzinə istinadən məlumatına görə, Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonunun Nadil kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı minik avtomobili ilə "Ford" markalı yük maşını toqquşub.
Qəza nəticəsində, "Mercedes"də olan Kürdəmir rayon sakinləri - 1996-cı il təvəllüdlü Ələkbərov Beyrək Valeh oğlu və 1998-ci il təvəllüdlü Əliağa Zalıyev müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin kafi və orta-ağır olduğu bildirilir.
Qəza zamanı digər nəqliyyat vasitəsində də yüngül xəsarət alan olub. Ona isə hadisə yerində ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
22.03.2020,***23:39
Göygöl rayonunda avtomobil qəzası baş verib.
Hadisə rayonun Nadil kənd ərazisində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanın olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatları araşdırılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












