Göygöldə qəza, yaralılar var - FOTO

Bakı-Qazax magistralında qəza baş verib, 2 nəfər yaralanıb. Avtosfer.az xəbər verir ki, hadisə saat 5 radələrində Bakı-Qazax magistralının 365-ci kilometrliyində baş verib. TIR markalı yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 39 yaşlı Anar Məmmədov hərəkətdə olarkən Şəmkir rayon sakini, 35 yaşlı Nadir Mustafayevin idarə etdiyi "KamAZ" markalı yük avtomobilini arxadan vurub. Qəza zamanı TIR-ın sürücüsü və sərnişin, Bakı şəhər sakini, 35 yaşlı Emin Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər. Xəstəxanadan kəpəztv-yə verilən məlumata görə, hər iki yaralıya ilkin tibbi yardım göstərilib. TIR-da olan sərnişinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər sürücünün vəziyyətinin isə orta ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.

Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












