Gürcüstanda sərnişin qatarı relsdən çıxıb

Qəzalar 2 May 2021 11:10
Gürcüstanda sərnişin qatarı relsdən çıxıb
WhatsApp kanalımıza abunə olun

Gürcüstanda Zuqdidi-Tbilisi istiqaməti üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

Report xəbər verir ki, sərnişinlər təxliyə olunub.

“Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, qatarın dördüncü vaqonu relsdən çıxıb və qəza zamanı xəsarət alan olmayıb.

Şirkət hadisə yerinə əlavə qatar göndərib.

Qəzanın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Oxunub : 2364
ŞƏRH YAZ
Ad

E-mail

Şərh