Hacıqabulda AĞIR QƏZA: ölən və yaralananlar var - VİDEO

Bakı-Qazax magistralında ağır qəza qeydə alınıb. Baş verən qəzada bir nəfər ölüb. Yevlaxda isə yük avtomobili aşıb, daşıdığı yük yola dağılıb.
Yük avtomobilləri toqquşub ölən və yaralılar var.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvü Əliyev idarə etdiyi yük avtomobili ilə Ağdaş rayon sakini, 1991-ci il təvəllüdlü Seyran Hüseynəliyevin idarə etdiyi qumla yüklü avtomobilinə arxadan çırpılıb.
Nəticədə Ülvi Əliyevin avtomobilində olan sərnişin Gürcüstan vətəndaşı, 2000-ci il təvəllüdlü Anar Bayramov hadisə yerindəcə ölüb. Qəzada yaralanan avtomobillərin sürücüləri Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Ölən sərnişinin avtomobildə sıxılmış meyiti Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə bölməsinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.Yük avtomobilində olan qum magistral yola dağılıb. Yola dağılan qum sonradan təmizlənib. Qəzanın yol infrastrukturuna vuruduğu fəsadlar aradan qaldırılır.
Yevlaxda isə yük avtomobili aşıb, daşıdığı yük yola dağılıb.
Hadisə Bakı Qazax avtomagistralının rayonun Aran qəsəbəsindən keçən hissəsindəki körpüdə baş verib.İdarə etməni itirən sürücü əsas yola keçərkən avtomobillə aşırıb.Qəza zamanı sürücü xəsarət almasada onun daşıdığı tonlarla yük yola dağılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












