Hacıqabulda avtomobil aşıb, 4 nəfər yaralanıb

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bakı-Qazax magistral yolunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan BMW markalı avtomobilin anidən təkəri partlayıb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Hadisə zamanı bir ailənin 3 üzvü - Bakı şəhər sakinləri Ağayarova Şirin Əhəd qızı və onun bacıları - 1961-ci il təvəllüdlü Vahidova Həqiqət, 1963-cü il təvəllüdlü Novruzova Gülcahan və qohumları - 1969-cu il təvəllüdlü Bahadurov Sərvər Sərvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












