Hacıqabulda “Chevrolet” “KamAZ”la toqquşdu; xəsarət alanlar var - FOTO
Qəzalar
29 May 2020 11:06

Fakt araşdırılır
Hacıqabulda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü, 1986-cı il təvəllüdlü Əzimov Vasif Cümşüd oğlu “Chevrolet” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə zamanı “Chevrolet”də olan sərnişinlər, Yevlax rayon sakinləri - 34 yaşlı Həsənov İlkin Musa oğlu, 51 yaşlı Babayev Rafael İdris oğlu və Ağcabədi rayon sakini, 46 yaşlı Ağayev İlkin Şahlar oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Fakt araşdırılır. ("Report")
Oxunub : 1338
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
15 Oktyabr 2026 10:00
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
ŞƏRH YAZ












