Hava şəraiti 24 maşının toqquşmasına səbəb oldu, ölən var

Almaniyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var. Hadisə Almaniyanın Paderborn şəhərində baş verib. 24 maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 66 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Ölən şəxsin 74 yaşlı kişi olduğu deyilir. Hadisə yerinə çoxlu polis və təcili tibbi xidmətin əməkdaşları cəlb olunub. İlkin məlumatlara görə, hadisəyə hava şəraitinin əlverişsiz olması səbəb olub. Sürücülərin sözlərinə əsasən, duman o qədər güclü olub ki, ətrafda heç nə görmək mümkün olmayıb. Ona görə bəzi sürücülərin əyləci qəfil basması sonda qəzanı qaçılmaz edib. Baş vermiş hadisə səbəbindən yol hərəkətinə uzun müddət məhdudiyyət qoyulub.
Analoji hal iki il öncə ABŞ-da da qeydə alınıb. Bu qəza maşın sayına görə dünyada ən ağır zəncirvari yol qəzası olub. ABŞ-ın Massaçusets ştatının Vuster şəhəri yaxınlığında 70-dən çox avtomobilin bir-birinə girməsi nəticəsində dəhşətli zəncirvari yol qəzası baş verib. Hadisənin ağır olmasına baxmayaraq, xoşbəxtlikdən heç kim dünyasını dəyişməyib, amma 35 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Ştat polisinin verdiyi məlumata görə, qəzaya uğrayan avtomobillərin 65-i minik, 4-ü isə yük maşını olub. Polis qəzaya səbəb kimi, yolların buz bağlamasını göstərib. Qəza ilə bağlı 450 metr məsafədən ibarət yol bərbad vəziyyətə düşüb və şossedə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.
anspress
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










