Hövsanda “BakuBus” avtobusları ilə “Hyundai” toqquşdu - VİDEO

Qəzalar 1 Noyabr 2023 20:05
Hövsanda “BakuBus” avtobusları ilə “Hyundai” toqquşdu  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Suraxanı rayonunun Hövsan qəsəbəsində zəncirvari qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə dünən (31 oktyabr) saat 17:25 radələrində qeydə alınıb. Belə ki, “BakuBus” MMC-yə məxsus olan 44 və 175 nömrəli marşrut avtobusları və 99-RA-601 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə hər üç nəqliyyat vasitəsi zədələnib. Xoşbəxtlikdən sürücülər və sərnişinlər arasında xəsarət alan olmayıb. 

Nərmin

Oxunub : 1976
ŞƏRH YAZ
Ad

E-mail

Şərh