İmişlidə 2 nəfərin ölümünə səbəb olan “KamAZ” sürücüsü həbs edildi

İmişli rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mayın 4-ü saat 6 radələrində İmişli şəhər sakini Ruslan Gülməmmədovun idarə etdiyi “KamAZ” markalı 30-BD-252 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Camal Kərimovun idarə etdiyi “Qazel” markalı 30-BE-192 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində sürücü C.Kərimovun və “KamAZ” markalı avtomobildə olan sərnişin Nizaməddin Musayevin vəfat etmələri, 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
R.Gülməmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












