Müsavat başqanı Arif Hacılının oğlu qəza törədib qaçdı - VİDEO - YENİLƏNİB

Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə Orxan Hacılı qəza törətdikdən sonra qaçıb və əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək sürücü kimi göstərməyə cəhd edib.
Müsavat başqanı Arif Hacılı APA-ya belə bir hadisənin baş verdiyini deyib: "Şükürlər olsun ki, qəza nəticəsində xəsarət alan, ziyan çəkən olmayıb. Yəqin ki, araşdırılacaq və müvafiq qərar qəbul olunacaq".
A.Hacılı oğlunun qəzadan sonra yayınması barədə verilən məlumatların əsassız olduğunu açıqlayıb: "Oğlum qəzadan sonra iki dəfə polis idarəsində olub, təxminən bir həftədir ki, sənədləri də ordadır".
***
Paytaxtın Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qayda pozan sürücü bir neçə avtomobilin toqquşması ilə nəticələnən qəzaya səbəb olub. Belə ki, yolun ortasında manevr qaydaları pozur. Bu zaman arxadan gələn sürücü ona dəyir. Daha sonra idarəetməni itirərək yolun kənarındakı digər avtomobilə çırpılıb. Qəzaya səbəb olan sürücü isə hadisə yerindən qaçıb.
Şahidlərin sözlərinə görə qayda pozan sürücü sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, qəzanın hansı tarixdə və küçədə baş verməsi bəlli deyil.
Videonu təqdim edirik:
Leyla
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












