İdarəetmədən çıxan maşın zirzəmiyə düşdü - HADİSƏ ANI

Türkiyənin Sinop şəhərində idarəetmədən çıxan avtomobil binanın zirzəmisinə düşüb.
Qəza yerli vaxtla saat 13 radələrində Gəlincik Məhəlləsində baş verib. Məlumata görə, 74 yaşlı Hüseyn K.-nin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq, yolun qarşı tərəfindəki mənzilin istinad divarına çırpılıb, daha sonra aşıb.
Şahidlərin xəbər verməsindən sonra hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları gəliblər. Avtomobilin arxa oturacağına düşən sürücü sıxışdığı yerdən xilasetmə və polis qrupları tərəfindən çıxarılaraq, xəstəxanaya aparılıb. İlk müdaxilədən sonra yaralı sürücü Sinop Atatürk Dövlət Xəstəxanasına yerləşdirilib.
Avtomobil kranın köməyi ilə düşdüyü yerdən götürülərək evakuatora yüklənib.
Qəza anı təhlükəsizlik kameralarına əks olunub. (lent.az)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












