İki qatar toqquşdu 32 nəfər öldü - VİDEO - YENİLƏNİB

Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, yaralananların sayı isə 85 nəfərdir.
***
08:12
Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.
O bildirib ki yaralı sayı 85 nəfərdir.
Daha əvvəl bildirilib ki, hadisə yerində 150 yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir.
Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Qatar Afina - Saloniki marşrutu ilə hərəkət edirdi.
***
Saat 07:14
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə “ERT NEWS” kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.
Qeyd olunub ki, hadisə nəticəsində 85 nəfər yaralanıb
***
Saat 06:06
Yunanıstanda sərnişin ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 16-ya çatıb, 85 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.
Yerli KİV-in məlumatına görə, onlardan 270-i hadisə yerindən təxliyə edilib.
Toqquşan qatarların ilk vaqonları tamamilə sıradan çıxıb.
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO
İkinci zolaqdan sağa dönənləri avtobuslar belə vurur - VİDEO
Azərbaycanlı iş adamı faciəli şəkildə öldü - FOTO
Sürücü yuxulayıb maşını aşırdı; heyvanlar tələf oldu - FOTO
Tələsirəm deyən sürücü qəza törədib qaçdı - VİDEO
"VAZ dairəsi"ndə qəza: Betonqarışdıran maşın aşdı – VİDEO
Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO
Bakıda AĞIR QƏZA: ÖLƏN VAR












