İsmayıllıda buz bağlayan yolda 7 avtomobil toqquşdu, yaralılar var

İsmayıllı rayonunda zəncirvari avtomobil qəzası olub.
Bu gün axşam saatlarında Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində yolun buz bağlaması səbəbindən 7 minik avtomobili - "Mercedes", "Opel", "Qazel", "Ford", "Toyota Prius", "Hyundai SantaFe" və "VAZ 2107" markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri yoldan çıxaraq çökək əraziyə aşıb.
Məlumata görə, sürücülər Basqal ərazisində yolun buz bağlamasından xəbərsiz olduqları üçün qəflətən zəncirvari qəza baş verib.
Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti təxminən bir saat ərzində dayanıb, uzun məsafədə tıxac yaranıb, əraziyə gələn DYP əməkdaşları avtonobillərin hərəkətini bərpa edib. Hadisə zamanı xəsarət alan şəxslər, 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. (unikal)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












