İsmayıllıda "Prius" ağaca çırpıldı - 4 nəfər xəsarət aldı

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, yaralılar var.
Avtosfer.az-ın məlumatına görə, sürücü Ramil Əliyev "Toyota Prius" markalı minik avtomobili ilə Qəbələdən Bakıya gedərkən İsmayıllı şəhəri ərazisində yolun qar və buz olması səbəbindən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı avtomobildə olan sərnişinlər, Bakı sakinləri, 1956-cı il təvəllüdlü Abbasova Səidə Allahyar qızı, 1966-cı il təvəllüdlü Piriyeva Reyhan Nadir qızı, 1987-ci il təvəllüdlü Qasımov Elnur Fazil oğlu, Balakən rayon sakini, 1975-ciil təvəllüdlü Qarakişiyeva Gülnar Cəlil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
unikal
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ










