“Jiquli” elektrik dirəyinə çırpıldı – 2 NƏFƏR...

Hadisə axşam saatlarında Qax-Qıpçaq avtomobil yolunun rayonun Kötüklü kəndi ərazisindən keçən hissəsində baş verib.
Avtosfer.az-ın Apa-ya istinadla məlumatına görə, Qax rayon sakinin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Qəza zamanı avtomobildə olan iki nəfər - rayonun Qarabulaq kənd sakini 1999-cu il təvəllüdlü Şəmsəddin Təmraz oğlu Kərimov və 2002-ci il təvəllüdlü Nihad Akif oğlu Süleymanzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Yaralılardan Ş. Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. N. Süleymnazadənin xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO
İkinci zolaqdan sağa dönənləri avtobuslar belə vurur - VİDEO











