“KamAZ” “Qazel”i dayanacaqda dayanan insanların üzərinə itələdi - VİDEO
Rusiyanın Kazan şəhərinin Dubravnaya küçəsi ilə Pobedı prospektinin kəsişməsində qəza baş verib, nəticədə “Qazel” markalı mikroavtobus piyadaların dayandığı səkiyə çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Tatarıstan Respublikasının Daxili İşlər Nazirliyi” Telegram-kanalında məlumat verilib.
Zərbənin təsirindən “Qazel” piyadaların dayanaraq yaşıl işıqforun yolu keçməsini gözləyən səkiyə çıxıb.
Qəza nəticəsində bir piyada ölüb, iki nəfər (49 yaşlı kişi və 33 yaşlı qadın) xəstəxanaya yerləşdirilib.
Hadisə anını lentə alan müşahidə kamerasındakı videodan görünür ki, mikroavtobusun sürücüsü ən sol zolaqdan sağa hərəkət zolağı dəyişib, bundan sonra “KamAZ” markalı yük maşını “Qazel”in arxa hissəsinə çırpılıb. Zərbənin təsirindən mikroavtobus səkiyə aşıb.
Leyla
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO











