Klub avtobusu qəzaya uğrayıb, iki futbolçu xəsarət alıb

Türkiyənin "Konyaspor" klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus yük avtomobili ilə toqquşub.
Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü və iki futbolçu xəsarət alıb.
"Konyaspor"un U-19 kollektivi ölkə çempionatının XX turunda sabah "Beşiktaş"la keçiriləcək səfər oyunu üçün İstanbula yollanırmış.
Hadisə ilə bağlı "Konyaspor" tərəfi rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, qəza nəticəsində avtobusda olan məşqçilər, futbolçular və texniki heyətin ümumi sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bəzi futbolçular ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb, onların həyati təhlükəsinin olmadığı qeyd olunub. Avtobus sürücüsü Fevzi Öztürk isə nəzarət məqsədilə tibbi müayinəyə cəlb edilib.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - YENİLƏNİB - VİDEO
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












