Körpənin ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır

Qubada azyaşlının ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elnur Qədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az “Report”-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. Hakim İlqar Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası fevralın 12-də keçirləcək.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Qubanın İspik kəndi ərazisində baş verib.
"VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə zamanı Quba rayonunun Zərdabi qəsəbə sakini, 2018-ci il təvəllüdlü Polad Şaban oğlu Poladov ölüb. Avtomobildə olan 4 qadın da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Elnur Qədirova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Gültən Qədirli
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












