Körpü tikintisi zamanı baş verən qəzada - 3 işçi həlak olub

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin Horb şəhərində körpü tikintisi zamanı baş verən qəza nəticəsində üç işçi həlak olub.
Avtosfer.az xəbər verir ki, hadisə körpü üzərində qaldırıcı platformanın hündürlükdən yerə düşməsi nəticəsində baş verib. Həmin vaxt platformada olan işçilərin üçü də hadisə yerində ölüb.
Hazırda qəzanın səbəbləri aydınlaşdırılır. Baden-Vürtemberqin federal əyalətinin nəqliyyat naziri, Yaşıllar partiyasının üzvü Vinfrid Herman bu hadisənin əyalətdə yol tikintisi sahəsində baş vermiş ən ağır əmək qəzalarından biri olduğunu bildirib.
Qeyd edək ki, qəzanın baş verdiyi körpü əhəmiyyətli infrastruktur layihəsinin tərkib hissəsidir. Nekar vadisinin üzərində tikilən körpünün nəqliyyat axınının şəhərin mərkəzindən uzaqlaşdırılmasına imkan yaradacaq. Hündürlüyü 90, uzunluğu 2100 metr olacaq körpünün inşasının 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
"BYD" Bakının mərkəzində divara çırpıldı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO - YENİLƏNİB












