Rəşad Nəbiyev Səfirliyin tədbirində iştirak etdi

Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə Azərbaycan dövlətini rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edib.
Avtosfer.az xəbər verir ki, bundan əvvəlki illərdə keçirilən tədbirlərdə Azərbaycan dövlətini Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Eləcə də 28 May - Müstəqillik Günü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə dövlət adından bir qayda olaraq Böyük Millət Məclisinin spikeri və ya Türkiyə Prezidentinin yardımçıları olublar. Məsələn, 2023-cü ildə vitse-prezident Fuad Oqtay, 2024-cü ildə Türkiyə BMM-in sədri Numan Kurtulmuş, 2025-ci ildə isə vitse-prezident Cevdət Yılmaz iştirak ediblər.
Lakin bu il səfirliyimizin Ankarada təşkil etdiyi tədbirdə bu ənənə pozulub və tədbirə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu gəlib.
Görünən odur ki, dünən Türkiyə səfirliyinin tədbirində Rəşad Nəbiyevin iştirakı diplomatiyada qəbul olunmuş qarşılıqlıq prinsipinin təzahürüdür.
Onu da bildirək ki, hər il Azərbaycanın Türkiyədəki səfirliyi Müstəqillik Günü ilə bağlı Türkiyə XİN-ə müraciət edərək mühüm obyektlərdə Azərbaycan bayrağının işıqlandırılmasını xahiş edirdi. 2026-cı ildə səfirliyimizin müraciətini Türkiyə XİN məqsədəmüvafiq hesab etməyib.
Ehtimal etmək olar ki, Türkiyə tərəfindən belə qərarların qəbul olunmasında hakimiyyətdə təmsil olunmuş fələstinpərəstlər və anti-Azərbaycançıların böyük rolu var. Buna görə də Türkiyənin milli bayramında Fələstin lideri Mahmud Abbasın Kiprə səfərini həmin fələstinpərəstlərə yaxşı cavab da hesab etmək olar.
Bununla yanaşı, 29 oktyabr böyük Atatürkün adı ilə bağlı olduğuna görə Milli Məclisin bitərəf və müxalifətdən olan 53 deputatı onun Türkiyə səfirliyi tərəfindən unudulmuş abidəsini ziyarət ediblər və hörmət əlaməti olaraq heykəlin önünə gül dəstələri qoyublar.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












