Kürdəmirdə AĞIR QƏZA: "Mercedes"lə "VAZ-2106" toqquşdu: ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 28-də saat 22 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində Əmrahov Fariz Valeh oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kərimov Sənan Vüqar oğlu oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində "Mercedes"in sürücüsü F.Əmrahov və "VAZ-2106" markalı nəqliyyat vasitəsində olan sərnişinlər İsmayıl Hamlet Həbib oğlu və Cəbrayılov Zamiq Vaqif oğlu vəfat ediblər.
"VAZ-2106" sürücüsü S.Kərimov, eləcə də "Mercedes" markalı nəqliyyat vasitəsində olan sərnişin Əmrahov Ariz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırmalar aparılır.
***
Kürdəmirdə baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
Bunlar hadisə zamanı ölənlər "Mercedes"in sürücüsü Əmrahov Fariz Valeh oğlu, "VAZ-2106" markalı avtomobilin sərnişinləri İsmayılov Hamlet Həbil oğlu və Cəbrayılov Zamiq Vaqif oğludur.
Xəsarət alanlar isə "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Sənan Vüqar oğlu və "Mercedes"in sərnişini Əmrahov Ariz Fariz oğludur.
***
Kürdəmirdə ağır yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Ağır bədən xəsarətləri alan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib.
***
Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-2106" markalı avtomaşınla toqqaşıb.
Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














