Azərbaycanlı iş adamının oğlu Kürdəmirdə faciəli şəkildə öldü: Qara baxmaq istəyirmiş - YENİLƏNİB - FOTO

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
“Qafqazinfo” xəbər verir ki, qəzaya düşən dörd nəfər dost olub.
Avtomobili idarə edən Abdulla Qubadov Moskvada yaşayan iş adamı Təvəkkül Qubadovun oğludur. O, dostları ilə birgə Şamaxıya gəzintiyə getmək üçün yola çıxıb.
Belə ki, dağlıq rayonlara qar yağdığını öyrənən dostlar birgə yola çıxaraq həmin rayonlarda istirahət etmək və fotolar çəkdirmək qərarına gəliblər. Lakin yaşadıqları ərazini tərk edərkən avtomobil qəzaya uğrayıb.
***
Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, rayonun Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu "KİA" markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin - rayonun Xırdapay kənd sakinləri 1988-ci il təvəllüdlü Daşdıyev Ramal Durhəsən oğlu, 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Report
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO












