Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi

Keçmiş məhkəmə hakimi Lətif Nəbiyev cəzalandırılıb.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, L.Nəbiyev məhkəmə qərarının icrasından yayındığı üçün məsuliyyətə cəlb edilib. Qax Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub, sabiq hakim 500 manat cərimələnib.
Xatırladaq ki, Lətif Nəbiyev 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsi dəymiş ziyanı qismən ödədiyi üçün L.Nəbiyevin cəzasını 4 il 6 aya endirib və zərərçəkmiş Azad İbrahimova 214 min 258 manat ödənməsi barədə qərar çıxarıb. L. Nəbiyev 2025-ci ildə cəzası şərti hesab edilməklə azadlığa buraxılıb.
Azadlığa buraxılandan sonra L.Nəbiyev məhkəmə qərarının icrasından yayınıb, öncə Gədəbəyə, daha sonra isə Qax rayonuna köçüb. Bu ilin avqust ayında zərərçəkmiş Azad İbrahimov Lətif Nəbiyevlə bağlı Qax Rayon Məhkəməsinə müraciət etsə də, hakim iddianı təmin etməyib, təqsirləndirilən şəxsin xeyrinə qərar çıxarıb. A.İbrahimov qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət edib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək, işi yenidən baxılması üçün Qax Rayon Məhkəməsinə göndərib. Qax Rayon Məhkəməsində bu gün keçirilən prosesdə iddia təmin edilib və L.Nəbiyev məhkəmə qərarının icrasından yayındığı üçün 500 manat cərimələnib.
Qeyd edək ki, Lətif Nəbiyev uzun müddət Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışıb. 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb olunmaqla səlahiyyətlərinə xitam verilib. Daha sonra vaxtından əvvəl hakimlikdən azad olunub.
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ












