"Qarabağda dalğalanan Azərbaycan bayrağı Türkiyənin fəxridir" - Ərdoğan

"Şuşa, Laçında və Kəlbəcərdə dalğalanan Azərbaycan bayrağı Türkiyə üçün qürur mənbəyidir. Qarabağda qələbə sevincini bölüşdüyümüz kimi, Qafqazda da sülh və rifah üçün qətiyyətlə çalışacağıq".
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində deyilir.
Türkiyə dövlət başçısının müraciətində Zəngəzur dəhlizinin açılışının Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini gücləndirəcəyi, eləcə də Türkiyə ilə türk dünyası arasında ünsiyyət üçün yeni imkanlar yaradacağı qeyd olunub.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, "Tarix boyu Türkiyə həm Qafqaz bölgəsinin kədərini, həm də sevincini bölüşüb. Ortaq tariximizin gücündən istifadə edərək, gələcək nəsillərə sülh və sabitliklə xarakterizə olunan bir bölgəni ötürmək istəyirik".
O, həmçinin Prezident İlham Əliyevlə “Bir xalq, iki dövlət” prinsipi əsasında imzalanmış Şuşa Bəyannaməsi sayəsində iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha vurğulayıb.
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ












