Kürdəmirdə ağır QƏZA: Xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB - FOTO

Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub.
Avtosfer.az xəbər verir ki, onlar Ağdam rayon sakinləri - 50 yaşlı Səbinə Vaqif qızı İbrahimova, 53 yaşlı sürücü Zülfüqar İsrəfil oğlu İbrahimov və 13 yaşlı Ayxan Zülfüqar oğlu İbrahimlidir.
Hadisədə ölən qadının kimliyi hələ ki məlum deyil, onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
10:02
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı minik maşını həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












