Kürdəmirdə avtomobil traktora çırpıldı, sürücü yaralandı - FOTO - VİDEO

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü, Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Muradov Sənan Qabil oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən onun qarşısında hərəkətdə olan Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü sürücü Dadaşov Bəymurad Sırac oğlunun idarə etdiyi traktora çırpılıb.

Zərbənin gücündən traktor yoldan çıxaraq aşıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan traktorun sürücüsü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzaya səbəb “Mercedes” markalı nəqliyyat vasitəsinin sürətlə hərəkət etməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












