Kürdəmirdə mikroavtobuslar toqquşdu - 9 yaralı+Adlar

Kürdəmirdə ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax yolunun 207 kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Göyçay rayon sakini, 46 yaşlı Elşad Allahverən oğlu Əzizovun idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Gəncə şəhər sakini, 34 yaşlı Şahzadə Nizami oğlu Qasımovun idarə etdiyi mikroavtobus toqquşub. Nəticədə hər iki sürücü və onların sərnişinləri - Göyçay rayon sakinləri 46 yaşlı Asudə Hacəli qızı Əzizova, 23 yaşlı Günel Elşən qızı Əzizova, 74 yaşlı Allahverən Şıxəli oğlu Əzizov, Gəncə şəhər sakini 28 yaşlı Niyaməddin Sammədin oğlu Quliyev, Sabirabad rayon sakini, 20 yaşlı Yusif Salman oğlu Raminli və Şirvan şəhər sakini, 20 yaşlı Rəfail Ələkbər oğlu Abdullayev müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












