Kürdəmirdə yol qəzası oldu, ölən və yaralanlar var

Kürdəmir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, "Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 31-ci kilometrliyində, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.
Rayon sakini İsmayılov Rahim Zöhrab oğlu idarə etdiyi BMW markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan sürücü, rayon sakini, 1988-ci il təvəllüdlü Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla toqquşub. Nəticədə R.Kərimov hadisə yerindəcə dünyasını dəyişib.
BMW markalı avtomobildə sıxılıb qalmış sürücü İsmayılov Rahim Zöhrab oğlu isə FHN-nin Kürdəmir rayon şöbəsinin qəza xilasetmə xidmətinin əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb.
Bundan başqa hər iki avtomobildə olan digər sərnişinlər - 1970-ci il təvəllüdlü Kərimov Mübariz Paşa oğlu və 1991-ci il təvəllüdlü Rəsulov Hakim İlqar oğlu da müxtəlif növ ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıblar.
Fakt araşdırılır.
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO












