Kürdəmirdə zəncirvari qəza oldu, xəsarət alanlar var - FOTO

Kürdəmirdə zəncirvari yol qəzası olub.
Avtosfer.az "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 204-cü kilometrliyində, yolun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1954-cü il təvəllüdlü Dadaşov Gülməmməd Selan oğlu idarə etdiyi “Ford” markalı mikroavtobusla iribuynuzlu heyvanı vurub. Bundan sonra “Mercedes” markalı avtomobilin sürücüsü, 1982-ci il təvəllüdlü Bərdə sakini Abdullayev Samir Vaqif oğlu ölmüş heyvanın yolun ortasındakı cəsədini görərək nəqliyyat vasitəsinin sürətini azaldıb. Bu zaman arxadan gələn, Bərdə sakini Azər adlı sürücünün idarə etdiyi “Volkswagen” markalı avtomobil “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes” yoldan çıxaraq su kanalına düşüb.
Hadisə zamanı “Mercedes”də olan sərnişinlər - Bakı sakinləri, 1983-cü il təvəllüdlü Məhərrəmov Zakir Baxşəli oğlu, 1956-cı il təvəllüdlü Rəhimov Qalib Kərim oğlu, Bərdə sakini, 1988-ci il təvəllüdlü Novruzova Vüsalə Mehman qızı və “Ford”un sürücüsü, Kürdəmir rayon sakini Dadaşov Gülməmməd Selan oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Fakt araşdırılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

















