Bakıda dörd maşın toqquşdu, üç nəfər öldü - FOTO - YENİLƏNİB

Bakıda dörd maşının iştirakı ilə baş verən qəzada ölənlərin sayı artıb.
Hadisə zaman üç nəfər ölüb.
Qəza nəticəsində xəstəxanaya yerləşdirilən 1980-ci il təvəllüdlü Məmmədtağıyev Teymur Mirzəağa oğlu həkimlərin səyinə baxmayaraq ölüb.
***
Bakının Sabunçu rayonunda yol qəzası zamanı iki nəfər yaralanıb, 2 nəfər ölüb.
Hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, dörd maşının toqquşması nəticəsində Saidov Cavanşir Məhəmməd oğlu və sürücü hadisə yerində ölüb.
Hələlik naməlum kişi və 1976-ci il təvəllüdlü Muradova Könül Murad qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.(apa)
***
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO























