Laçında "Ural" qəzaya düşdü - “Azərenerji”nin 2 əməkdaşı öldü - YENİLƏNİB

Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.
***
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












