“Lada” uşaq xokkey komandasını daşıyan “Hyundai”la toqquşdu: 1 ölü, 7 yaralı

Rusiyanın Kemerov əyalətində mikroavtobusun və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün Biysk – Martınov – Novokuzneçk avtomagistralının 213-cü kilometrliyində qeydə alınıb. Bu barədə əyalət üzrə DİN Mətbuat xidməti məlumat verib.
Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “Lada Kalina” markalı minik avtomobillə hərəkətdə olarkən naməlum səbəblərdən yolun əks zolağına çıxıb və qarşıdan gələn, “Hyundai” markalı mikroavtobusla toqquşub.
Nəticədə “Lada”nın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, “Hyundai”da olan 7 nəfər isə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, “Hyundai” markalı mikroavtobus Maqadandan olan uşaq xokkey komandasını daşıyırmış.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












