Lənkəranda ana və oğul qəzaya düşüb, ölən var - YENİLƏNİB

Lənkəran şəhərində ağır yol qəzasında ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.
Avtosfer.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərova Sevinc Ağamehdi qızı vəfat edib.
Səfərova Sevincin oğlu, 2002-ci il təvəllüdlü Səfərli Şəkər Samir oğlu isə ağır xəsarət alıb. Üçüncü yaralı, Lənkəran rayon Digah kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Akşin Manaf oğlunun vəziyyəti isə kafidir.
00:22
Lənkəran şəhərində iki avtomobil toqquşub, ölən və yaralılar var.
“Report”'un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində baş verib.
Belə ki, “Tofaş” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılardan biri hadisə yerində dünyasını dəyişib.
Digər yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













