Lənkəranda avtomobil hasarı aşırdı - FOTO

Lənkəranda yaxın qohumlar yol qəzasına düşüb.
Hadisə Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəşad oğlu Tağızadənin idarə etdiyi "Chevrolet" markalı 90-OA-661 dövlət qeydiyyat nişanlı avtomobil, Lənkəran istiqamətində hərəktdə olarkən Virulçayin üstündə yerləşən körpüdə idarəetməni itirərək, əvvəl dəmir çəpərə çırpılıb, sonra isə mişar dasindan hörülən hasarı aşıraraq Viravul kənd sakini Rasət Babayevə məxsus həyətə girib. Avtomobilin sürücüsü və sərnişin qismində olan Lənkəran şəhər sakini 1977-ci il təvəllüdlü Rəvanə Əbdüləziz qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Ilkin ehtimala görə qəzanın baş verməsinə əlverişsiz hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır. (apa)
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA














