Lənkəranda avtomobil velosipedçini vurdu

Lənkəranda velosipedçinin ağır xəsarət almasına səbəb olan yol qəzası baş verib.
Avtosfer.az “Report”un Cənub Mərkəzinə istidən xəbər verir ki, hadisə ötən gecə Lənkəran şəhərinin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 99 BB 523 dövlət qeydiyyat nişanlı “Jip” modelli avtomobil yolun kənarı ilə hərəkət edən velosipedçini vurub. Su ötürücü kanalizasiyaya yıxılan yaralı oradan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin kimliyi müəyyən edilib.
Məlum olub ki, o, 1972-ci il təvəllüdlü Lənkəran şəhəri Vaqif Məmmədov küçəsi ev 8-də yaşayan Rahim Balamirzə oğlu Məmmədovdur. Travmatik şok keçirən R.Məmmədova qamış sümüyünün açıq sınığı diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












