Lənkəranda iki maşın toqquşdu, 3 nəfər xəsarət aldı - FOTO

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Lənkəran-Boradigah magistralının, Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Ərkivan qəsəbə sakini 1987-ci il təvəllüdlü Elçin Əlihüseyn oğlu Rəhimovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil, "Audi" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ - 21015" markalı avtomobilin sürücüsü və hər iki avtomobildə olan sərnişinlər Lənkəran rayonunun Mollakənd kənd sakini 1982 - ci il təvəllüdlü Nazim Tehran oğlu Əli ("VAZ-21015"), Lənkəran şəhər sakini 1979 - cu il təvəllüdlü Ülviyyə Malik qızı Məmmədova ("Audi") müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, qəza sürücülərin işıqfordan düzgün istifadə etməməsi nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















