Lənkəranda iki maşın toqquşub, 2 nəfər ağır yaralanıb - FOTO

Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə "VAZ 2106" markalı "42-BG-311" dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin "Mercedes" markalı "90-RN-977" dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində baş verib. Şahidlərin sözlərinə görə, sürətlə hərəkətdə olan "Jiquli" yoldan çıxaraq dönmək istəyən "Mercedes"ə çırpılıb. Nəticədə "VAZ 2106"ın sürücüsü, 40 yaşlı Bağırov Zaur Qadir oğlu ağır bədən xəsarətləri alıb. O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Avtomaşında olan 33 yaşlı sərnişin Tağıyeva Aytən Ətrafil qızı isə ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxananın Qəbul şöbəsindən yaralıların müxtəlif ciddi bədən xəsarətləri aldıqları bildirilib.
Faktla bağlı DYP əməkdaşları tərəfindən araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO















