Lənkəranda yol qəzası olub, xəsarət alanlar var

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az-ın “Report”un Cənub Mərkəzinə istinadən məlumatına görə, hadisə şəhərin “Şəhidlər Xiyabanı” küçəsində qeydə alınıb.
Belə ki, Şəhriyar İdris oğlu İmanlının idarə etdiyi 90-LU-644 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə Zahid Mirzə oğlu Kazımovun idarə etdiyi 42-BF-493 dövlət qeydiyyat nişanlı "VAZ 2103" markalı avtomobil toqquşub.
Qəza nəticəsində deformasiyaya uğrayan "VAZ 2103" markalı avtomobilin sürücüsü Z.Kazımov Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarılıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda qəza hərəkəti iflic etdi - VİDEO
Avtomobil qəzaya uğradı: ÖLƏN VAR - Bu ölkədə
Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi












