Lerik sakini yük avtomobilinin altında qalaraq öldü - YENİLƏNİB

Yanvarın 10-da saat 12 radələrində Lənkəran rayonunun Digah kənd sakini A.Bağırov idarə etdiyi "Hyundai" markalı yük avtomobilini Lerik rayonu ərazisində Piran-Hamarat yolunda geriyə hərəkət etdirərkən Piran kənd sakini Əliməmməd Məmmədovu vurub.
DİN-dən Avtosfer.az-a bildirilib ki, Ə.Məmmədov aldığı xəsarətlərdən yerləşdirildiyi Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ölüb. Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Lerikdə ölümlə nətcələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında Lənkəran-Lerik yolunda, Lerik rayonunun Piran kəndi ərazisində baş verib.
Yük avtomobili geri hərəkət edərkən Piran kənd sakini – 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədovu vurub. 64 yaşlı kişi avtomobilin altında qalıb. O, ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (apa)
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ










